Snack's 1967
Hazarbeylide1


SAYTIMIZ TAM HAZIR DEYIL

Namaz21Namaz7Namaz10Namaz9



RenderedImage
Namaz6 2 4

BISMILLAHIR REHMANIR REHIM

MERHEMETLI VE REHIMLI ALLAHIN ADI ILE


eziz istifadeciler biz sizin ucun daha duzgun ibadet etmek ve daha duzgun melumat almaq ucun arasdiraraq bu sayti erseye getirdik..Umid edirik ki,bizim saytdan razi qalarsiz en esasi hec olmasa 100 neferden hec olmasa bir neferi ibadete getire bilmisikse ne gozel bize

Allah ibadetinizi,namazinizi qebul etsin!AMIN

Hz.Eli(e) deyib Namaz qilan qocani sevirem,namaz qilan gence ise ashiqem gelin ele genc vaxtimizdan vaxti bosha vermeyerek namaz qilaq,ibadet edek sonra niye vaxtinda etmedim deyerek peshman olmayaq




REKLAM YERI _bosdur_

Namaz7 1
Namaz4Sehidan5sl5ig6ms
ANA SEHIFE<<-->>REKLAM YERLESDIR<<-->>NAMAZ VAXTLARINAMAZ QILIRSANMI??MUTLEQ BAXSEKILLI HEDIS VE DUALARQURAN OXURESIMLI QURAN AYETLERIHz Mehdi(a.s) in zuhur olmasinin elametleriDINI SEKILLERHICAB sekilleriHicab haqqindaISLAM DINI NEDIR?(Turkce)PEYGEMBERIN(s.e.s)HEYATIHezreti Mehemmed(s.e.s) kelamlariQURAN ARASDIRMALARIQuran ve muselmanlarQURAN DELILLERIMaraqli melumatlarSUALLARA CAVABLARDINI REVAYETLERDINI SOHBETLER(VIDEO,MP3)DINI FILMLEROLMUS EHVELATLARDESTEMAZ ALMAQQUSUL NECE OLURNAMAZ QILMAGI OYRENNAMAZ SURELERINamaz dualariSESLI VE YAZILI HEDISLERHEDISLER OXUHECC ZIYARETI VE HECC NEDIRDINI ARASDIRMALARMOCUZELERALLAHIN ADLARIPEYGEMBERLERIMAMLARPEYGEMBER(s.e.s) ILE SHEYTANIN SOHBETIHALAL VE HARAMLAR HAQQINDA..ADMINLE ELAQE-----------------------

IslaMDini.wap.Sh



Halal və haram

Salam,

Ey Adəm! Sən zövcənlə birlikdə Cənnətdə sakin ol. Hər ikiniz istədiyiniz yerdən  yeyin, ancaq bu ağaca yaxınlaşmayın, yoxsa zülm edənlərdən olarsınız! (Əraf surəsi, 19-cu ayə)

Bu Allahın insana ilk qadağası idi. Lakin şeytan onları tovladı və Allahın qadağasını pozdular. Adəm və zövcəsi Allaha tövbə etdi.

Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan, rəhm etməsən, biz, şübhəsiz ki, ziyana uğrayanlardan olarıq! – dedilər. (Əraf surəsi, 23-cü ayə)

Allah insanları hər dövrdə xəbərdar etmiş və sınamaq üçün haramlar təyin etmişdir. Hal-hazırda da insanların əksəriyyəti Allahın qadağasını pozaraq yaşayır. Bəziləri bunun fərqinə varmayaraq, bəziləri isə aldanaraq haramlarla yaşayır. Bu məqaləmizdə halal-haramın fərqinə varan, lakin aldanaraq yaşayan insanlara aldanışlarını Qurana əsasən aydınlaşdırmağa və dərindən düşünməyə dəvət edirik. Halal-haram böyük mövzu olduğundan biz sadəcə qadağan olunmuş qidalar haqqında yazacağıq.

Halal və haramı kimdən öyrənək?

Günümüzdə çox sayda məzhəb mövcuddur. Hər məzhəbin də qidalarla bağlı müxtəlif qadağaları mövcuddur. Kiminə görə dırnaqlı və caynaqlı heyvanlar, kiminə görə ilan, qurbağa, kiminə görə pulsuz balıq, kiminə görə eşşək əti və s.  bu kimi fərqlər məzhəblər arasında ixtilaf yaradan məsələlərdəndir. Qısası məzhəblər hər şeydə ayrıldıqları kimi bu mövzuda da ayrıldılar. Şübhəsiz ki, bu baxışların hamısı doğru ola bilməz. Bəs doğrunu axtarmaq istəyən insan nə etməlidir? Kor təbii hər hansı məzhəbin ardınca getmək də, şübhəsiz ki, ağılsızlıq olar. İslam dindir. Bəxt oyunu deyil. Məzhəblərin ayrılmasında səbəblərin nə olduğunu düşünək. İslamda yeganə qorunan mənbə Qurandır. Burada iki səbəb ola bilər. Ya Quranda bu məsələ layiqincə açıqlanmayıb, ya da məzhəblərin Qurandan başqa iman etdikləri kitabları mövcuddur. Bu səbəbləri aydınlaşdıraq.

Quranda haramlar ətraflı şəkildə açıqlanıbmı?

…Biz Quranı sənə hər şeyi izah etmək üçün, müsəlmanlara da bir hidayət, mərhəmət və müjdə olaraq nazil etdik! (Nəhl surəsi, 89-cu ayə)

…Uydurma bir söz deyildir. Ancaq özündən əvvəlkilərin təsdiqi, hər bir şeyin müfəssəl izahıdır. O, iman gətirən bir tayfa üçün hidayət və mərhəmətdir! (Yusuf surəsi, 111-ci ayə)

…Allah, – məcburiyyət qarşısında yeyəcəyiniz şeylər istisna olmaqla – haram buyurulanları təfərrüatı ilə sizə bildirdiyi halda, üstündə Onun adı çəkilənlərdən nə üçün yeməyəsiniz? (Ənam surəsi, 119-cu ayə)

Ayələrdən də gördüyümüz kimi Allah hər şeyi izah etdiyi kimi haramları da izah edib. Bunu daha da yaxşı anlamaq üçün Quranda haramlarla bağlı ayələrə nəzər salacağıq.

Quranda qadağan olunmuş təamlar hansılardır?

O (Allah) sizə ölmüş heyvanı, axar qanı, donuz ətini və Allahdan başqasının adı ilə (kəsiləni) qəti haram etmişdir. Lakin naəlac qaldıqda zorla mənimsəmədən və həddi aşmadan bunlardan yeməyə məcbur olan kimsənin heç bir günahı yoxdur. Allah bağışlayandır, mərhəmətlidir! (Bəqərə surəsi, 173-cü ayə)

Ayədə gördüyümüz kimi Allah ölmüş heyvanı, axar qanı, donuz ətini və Allahdan başqasının adına kəsilmişi qadağan edir. Növbəti ayəyə baxaq:

Allah sizə ancaq ölü heyvanı, qanı, donuz ətini və Allahın adı çəkilmədən kəsilmiş heyvanı haram buyurmuşdur. Başqa bir şey tapa bilməyib zəruri ehtiyacını ödəyəcək qədər bunlardam yeməyə məcbur olan şəxsə (günah gəlməz). Çünki Allah bağışlayandır, rəhm edəndir! (Nəhl surəsi, 115-ci ayə)

Allah ayədə “ancaq” kəliməsini qeyd etməklə qida ilə bağlı haramın yalnız yuxarıda sadalananlar olmasını açıqlayır. Allah bunu Quranda aydın bir şəkildə açıqladığı halda yəqin ki, bizimlə razılaşmayanlar olacaq. Məzhəblər Qurandan kənar kitablarını hakim tutaraq bizim fikirlərə əks gedəcək. Həqiqətdə isə bizim yazdıqlarımıza əks olmaq Allahın yuxarıda qeyd etdiyimiz ayələrinə qarşı əks getmək sayılacaq. Adətən məzhəblərə bu ayələri dəlil kimi təqdim etdikdə, “nə demək istəyirsən it, eşşək, ilan, qurbağa halaldır?” kimi suallar verirlər. Bu məqaləni oxuduqda bu cür düşünən şəxslər yenə də olacaq. Hər millətin öz mətbəxi var. Bizim ilan, qurbağa və s. bu kimi qidaları xoşlamamağımız onların haram olmasına dəlil ola bilməz. Quran tək ərəblərə yox bütün bəşər üçün göndərilib və Allah yuxarıda sadaladığı təamlardan başqa hər hansı bir şəxsin yediklərinin arasında haramlar olmadığını vurğulayır. Baxaq ayəyə:

De: “Mənə gələn vəhylər içərisində murdar olduqları üçün ölü heyvan, axar qan, donuz əti və ya Allahdan başqasının adı ilə  günah olaraq kəsilmiş heyvanlar istisna olmaqla, hər hansı bir kəsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm… (Ənam surəsi, 145-ci ayə)

Ümüd edirəm ki, bu ayədən sonra məzhəblər düşünəcək və kənar mənbələrin səhv olduğuna şahid olaraq Allahın kitabına sarılacaqlar. Əgər yenə də əks dursalar, Allahdan daha yaxşı bildiklərini iddia etmiş olarlar. Peyğəmbərin bundan kənar haramlar dediklərini iddia edən şəxslər varsa, onlar bilsinlər ki, peyğəmbər Qurandan kənar dini əmr verməzdi. Baxaq ayəyə:

O halda onların arasında Allahın nazil etdiyi Kitabla hökm et. Onların nəfslərinin istədiyinə uyma. Allahın sənə nazil etdiyinin bir qismindən səni tovlayıb yayındıra biləcəklərindən ehtiyat edib özünü onlardan gözlə...(Maidə surəsi, 49)

Əlbəttə ki, peyğəmbər Allahın ayəsinə zidd yaşamazdı. Biz də Qurana əks getməyək. Əks halda Qurana zidd mənbələri hakim tutaraq, Allaha şərik qoşaraq yaşayacayıq. Məzhəblər də özlərindən əvvəlkilər kimi aldandılar. Allaha ibadət etmək tək Qurana tabe olmaqla mümkündur. İnsanın Quranın yanına əlavə hökm qoyub yaşaması Allahın hökmünün yanına əlavə hökm qoymaqdır. Bu isə şərik qoşma sayılır. Baxaq ayəyə:

Yoxsa  Allahın dində izin vermədiyi bir şeyi onlar üçün qanuni  edən şərikləri vardır. Əgər  qəti söz olmasaydı, aralarında hökm artıq icra edilmiş olardı. Şübhəsiz ki, zalımları şiddətli bir əzab gözləyir! (Şura surəsi, 21-ci ayə)

Şər qüvvənin də əsas məqsədi insanın Allaha şərik qoşmasıdır. Bu məqsədlə şeytan dinə daim qarma–qarışıqlıq salıb. Qurandan əvvəl də insanlar bu cür aldanıb, özlərindən yeni halal-haramlar uydurublar. Allah bizlərə bu halı ayələri ilə xəbər verir. Baxaq ayələrə:

Öz  iddialarına əsasən: “Bu davarlar və əkinlər haramdır, onları bizim istədiklərimizdən başqa heç kəs yeyə bilməz. Bunlar da minilməsi qadağan edilmiş heyvanlardır”,- dedilər. Elə heyvanlar da vardır ki, Allahın adını çəkməzlər. Bütün bunları  Allaha iftira yaxaraq edərlər. Yaxdıqları iftiraya görə onların cəzalarını verəcəkdir. (Ənam surəsi, 138-ci ayə)

Həmçinin: “Bu heyvanların qarınlarındakı balalar yalnız kişilərə məxsusdur , onlar qadınlarımıza haram edilmişdir”,- dedilər. Əgər  ölü doğularsa,  ona ortaqdırlar. Onlara  vəsflərinin cəzasını verəcəkdir. Şübhəsiz ki, O, hikmət, elm sahibidir! (Ənam  surəsi, 139-cu ayə)

…De: “ iki erkəyi, yoxsa iki dişini, yaxud da iki  dişinin qarınlarındakı balaları haram buyurdu? Yoxsa Allah bunu  sizə tövsiyə etdiyi zaman şahid idiniz? Heç bir biliyi olmadan insanları azdırmaq üçün Allaha qarşı yalan uyduran şəxsdən daha zalım kim ola bilər? Həqiqətən, Allah zalım tayfanı doğru yola salmaz! (Ənam surəsi, 144-cü ayə)

Çox təəssüf ki, bu günkü məzhəblərdə olan şəxslər heç də bu şəxslərdən fərqlənmir. Allah Quranda olan qadağaları ətraflı şəkildə izah etdiyi halda məzhəblər bununla qane olmamış və əlavə halal-haramlar icad etmişlər. Halbuki, bu hal Quranda pislənir və bizlərə xəbərdarlıq edilir.

Diliniz yalana vərdiş etdiyi üçün: “Bu halaldır, o haramdır!” – deməyin, çünki Allaha iftira yaxmış olursunuz. Allaha iftira yaxanlar nicat tapmazlar! (Nəhl surəsi, 116-ci ayə)

De: “Allahın sizə ruzi olaraq nə endirdiyini gördünüzmü ki, onun bir qismini haram, bir qismini isə halal etdiniz?” De: “Allah Özü sizə izin verdi, yoxsa Allaha iftira yaxırsınız?” Allaha iftira yaxanların qiyamət günü barəsindəki zənnləri nədən ibarətdir? Allah insanlara qarşı mərhəmətlidir, lakin onların əksəriyyəti  şükür etməz! (Yunus surəsi, 59-cu və 60-cı ayələr)

Axirət günü Allahın hüzurunda iftira yaxanlardan olmamaq üçün dində hakim yalnız Quranı tutmaq lazımdır. Hələ də bizimlə razılaşmayan şəxslərə isə sonda peyğəmbərin dediklərini deyəcəyik.

De: “Bunu Allah haram buyurmuşdur deyə, şəhadət verəcək şahidlərinizi gətirin!” Şayəd onlar şahidlik etsələr, sən onlarla birlikdə şahidlik etmə, ayələrimizi yalan hesab edənlərin və axirətə inanmayanların nəfslərinin istəklərinə uyma. Onlar öz Rəbbinə tay tutarlar. (Ənam surəsi, 150-ci ayə)

Budur. Hər kəs Allahın haram buyurduqlarına hörmət etsə, bu Rəbbi yanında onun üçün xeyirli olar. Sizə deyilənlərdən başqa, qalan heyvanlar sizə halal edilmişdir. Belə olduğu təqdirdə, murdar bütlərdən qaçın, yalan sözlərdən də çəkinin. (Həcc surəsi, 3o-cu ayə)

Həmd olsun aləmlərin Rəbbi olan Allaha!

Orxan

MENBE:arasdiraq.com

islamdini.wap.sh


REKLAM->AzFiLM Aznetin en boyuk film sayti

REKLAM-> WaP MasteR Sayti

Рейтинг@Mail.ru oWAPazTOP.azmyWAPtopi.mobi Az-Top.RuSaYGaC.AzMobtop.az Azetop.OrgBiZiMToP.RU myWAPiM.BiZtop.Eylenceli.InfoexTOP.bizSaygac.BizmyTOP.infoToP.GeZeK.BiZ azTOP.wsWaP.AzDa.BizTop reyting
IslaMDiniToP.SeVo.BiZ