pacman, rainbows, and roller s
Hazarbeylide1


SAYTIMIZ TAM HAZIR DEYIL

Namaz21Namaz7Namaz10Namaz9



RenderedImage
Namaz6 2 4

BISMILLAHIR REHMANIR REHIM

MERHEMETLI VE REHIMLI ALLAHIN ADI ILE


eziz istifadeciler biz sizin ucun daha duzgun ibadet etmek ve daha duzgun melumat almaq ucun arasdiraraq bu sayti erseye getirdik..Umid edirik ki,bizim saytdan razi qalarsiz en esasi hec olmasa 100 neferden hec olmasa bir neferi ibadete getire bilmisikse ne gozel bize

Allah ibadetinizi,namazinizi qebul etsin!AMIN

Hz.Eli(e) deyib Namaz qilan qocani sevirem,namaz qilan gence ise ashiqem gelin ele genc vaxtimizdan vaxti bosha vermeyerek namaz qilaq,ibadet edek sonra niye vaxtinda etmedim deyerek peshman olmayaq




REKLAM YERI _bosdur_

Namaz7 1
Namaz4Sehidan5sl5ig6ms
ANA SEHIFE<<-->>REKLAM YERLESDIR<<-->>NAMAZ VAXTLARINAMAZ QILIRSANMI??MUTLEQ BAXSEKILLI HEDIS VE DUALARQURAN OXURESIMLI QURAN AYETLERIHz Mehdi(a.s) in zuhur olmasinin elametleriDINI SEKILLERHICAB sekilleriHicab haqqindaISLAM DINI NEDIR?(Turkce)PEYGEMBERIN(s.e.s)HEYATIHezreti Mehemmed(s.e.s) kelamlariQURAN ARASDIRMALARIQuran ve muselmanlarQURAN DELILLERIMaraqli melumatlarSUALLARA CAVABLARDINI REVAYETLERDINI SOHBETLER(VIDEO,MP3)DINI FILMLEROLMUS EHVELATLARDESTEMAZ ALMAQQUSUL NECE OLURNAMAZ QILMAGI OYRENNAMAZ SURELERINamaz dualariSESLI VE YAZILI HEDISLERHEDISLER OXUHECC ZIYARETI VE HECC NEDIRDINI ARASDIRMALARMOCUZELERALLAHIN ADLARIPEYGEMBERLERIMAMLARPEYGEMBER(s.e.s) ILE SHEYTANIN SOHBETIHALAL VE HARAMLAR HAQQINDA..ADMINLE ELAQE-----------------------

Quran və müsəlmanların vəziyyəti

Allah Təala bütün bəşəriyyətə elçi sifətilə göndərdiyi1 axırıncı peyğəmbər2 olan Muhəmməd əleyhissəlam-a düzgünlüyünə dair heç bir şübhə olmayan3 və kəlamların ən gözəli4 olan Qurani-Kərimi hər şeyi izah etmək üçün5 endirmiş, ona Qurana tabe olmağı6 və Quranı təbliğ etməyi7 buyurmuşdur. Əlavə olaraq, Allah peyğəmbərə əgər Qurani-Kərimi təbliğ etməsə, peyğəmbərlik vəzifəsini yerinə yetirməmiş hesab olunacağını bildirmişdir; beləliklə, ona bu barədə xəbərdarlıq etmişdir.8

Muhəmməd peyğəmbər (s. a. v.) Allahın əmri ilə ancaq Qurana tabe olacağını demiş9 və axırıncı ayənin10 nazil olduğu gün bütün insanlara müarəciət edərək: “Mən sizə Allahın kitabı olan Quranı qoyub gedirəm. Ondan möhkəm yapışsanız (layiqincə tabe olsanız), yoldan çıxmazsınız (zəlalətə düşməzsiniz)11 ”, – demiş, bütün insanlara Qurani-Kərimi bir peyğəmbər mirası kimi qoyub getdiyini elan etmiş və qısa bir müddətdən sonra vəfat etmişdir.12

Allah nazil etdiyi axırıncı ayədə bizə belə buyurur: “Bu gün sizin dininizi tamamladım. Sizə olan nemətimi tamamladım və sizə din olaraq İslamı seçib bəyəndim”.13 Deməli, Qurani-Kərimin axırıncı ayəsinin nazil edilməsi ilə dinimiz tamamlanıb.

Allah Muhəmməd peyğəmbəri Qiyamətə qədər bütün bəşəriyyətə elçi (rəsul) kimi göndərdiyinə görə ona nazil etdiyi kitabı olan Qurani-Kərimin möcüzəliyini və rəhbərliyini də Qiyamətə qədər qoruyacağına dair təminat vermişdir.14

Buna görə də Allah Quranı asanlıqla başa düşülən formada nazil etmiş15 və peyğəmbər Allahın əmri ilə: “Bu Quran mənə vəhy olundu ki, sizi və onun təbliğ edildiyi insanları onunla xəbərdar edim”16 , – demişdir.

Elə buna görədir ki, Allah Qiyamətə qədər dünyaya gələcək bütün insanlara: “Ey insanlar, Rəbbiniz tərəfindən endirilən Qurana tabe olun”17 , – deyərək onlara Qurana tabe olmağı əmr edib. Eyni qaydada: “Budur, bu Quran bizim endirdiyimiz mübarək kitabdır. Buna tabe olun, qarşı çıxmaqdan çəkinin. Elə etsəniz, mərhəmətə nail olarsınız”18 , – deməklə mərhəmətə nail olmaqları üçün Qurana tabe olmağın şərt olduğunu izah etmişdir.

Müsəlmanlar İslamiyyətin ilk dövrlərində həmin şərti yerinə yetirdiklərinə görə, yəni, Qurani-Kərimə tabe olduqları üçün öz əlləri ilə düzəltdikləri bütlərə və özləri kimi olan insanlara qul olmaqdan xilas olublar. Beləcə, şəxsi iradələri və seçimləri ilə azad formada hərəkət etmək və ancaq Allaha ibadət etmək səviyyəsinə çatıblar. Daxili sabitlik də belə təmin olunub. Digər bir tərəfdən bir İslam ümməti meydana gəlmiş, həmin ümmət ətraf ərazilərdə yaşayan insanların ölkələrinə İslam ədaləti və qəlblərinə tövhid nurunu çatdırmaq üçün hər şeylərini üzə çıxartmışlar. Başqa sözlə, həmin insanlar bunun üçün çalışıblar.

Nəticə etibarilə uzun müddət ərzində Cahiliyyə zülmətində yaşayan insanlar müsəlman olmaqla bir çox insanın müsəlman olmasına və bir sıra torpaqların fəth edilməsinə səbəb olublar. Əlavə olaraq, idarə olunma vəziyyətindən idarəetmə halına, alan əl olmaqdan isə verən əl halına yüksəliblər.

Təəssüflər olsun ki, peyğəmbər əleyhissəlam vəfat etdikdən sonra müsəlmanlar öz aralarında ixtilafa düşmüş, müxtəlif qrup və məzhəblərə ayrılmışlar. Hər məzhəbin mənsubları Qurani-Kərimi öz həyatlarına tətbiq etmək və onu Cahiliyyə qaranlığında yaşayan insanlara təbliğ etmək olan əsl vəzifələrini bir kənara qoyub digər məzhəblərin mənsublarından üstün olmaq yarışına girişiblər.

Bunun nəticəsində Allahın: “İzzət (üstünlük) ancaq Allaha, Allahın elçisinə və möminlərə məxsusdur; lakin münafiqlər bunu bilməzlər”,19  – sözündə möminlərə də vəd edilən izzət öz yerini zillətə vermişdir. Beləliklə, yeni ərazilərin fəth olunması bir yana dursun, əvvəllər fəth edilmiş torpaqlar da bir-bir əldən çıxmışdır. Beləcə, müsəlmanlardan qorxub çəkinən düşmənlər müsəlmanları qorxudanlara çevriliblər. “Allah onlara zülm etməyib. Lakin onlar öz-özlərinə zülm ediblər”.20 Çünki Allah: “Əgər mömin olsanız, qətiyyətlə qalib gələnlər siz olarsınız”21 deyə, qalib gəlmək üçün mömin olmağın şərt olduğunu elan edib.

Zaman keçdikcə Qurani-Kərim və müsəlmanlar arasındakı məsafə daha da dərinləşib. Peyğəmbərin vəfatından 200-300 il sonra yazılan kitablar müsəlmanlar üçün həyatın yol göstəricisi halına gəlib. Müsəlmanlar həmin kitablarda yazılanları “bütövlükdə möhkəmcə yapışmaq (həyata keçirmək, tətbiq etmək) lazım gələn prinsiplər” kimi qəbul ediblər. Qurani-Kərim isə isanlar öldükləri vaxt, yas mərasimlərində, qəbristanlıqda və bu kimi müxtəlif mərasimlərdə oxunan bir kitab halına gətirilib.

Hazırki dövrdə yaşayan müsəlmanların vəziyyəti daha acınacaqlıdır. Onların arasında yuxarıda ifadə edilən bütün mənfi cəhətlərə əlavə olaraq yeni fikirlər də meydana gəlib və beləcə, cəmiyyət olaraq zəlalətə doğru gedirlər.

Ən dəhşətlisi isə budur ki, Quranın buyuruqlarına tabe olmaq və insanları buna dəvət etmək dinsizlik və yaxud zəlalət kimi qəbul edilir və digər fikirlərdən möhkəm tutub onları dəstəkləmək “dindarlıq” hesab olunur.

Yuxarıda qeyd edilən xəstəliklərdən xilas olub lazım olduğu kimi müsəlman olmağın, eyni zamanda dünya və axirətdə Allahın mərhəmətinə nail olmağın yeganə yolu peyğəmbəri nümunə götürərək Qurani-Kərimə qayıtmaqdır. Çünki “Bu Quran ən düzgün yola çatdırır”22 , “O, həqiqətən də, üstün, heç bir tərəfi xəta ilə qarışmamış və qarışmayacaq olan kitabdır. O, hikmət ilə iş görən və hər şeyi bilən (Allah) tərəfindən endirilmişdir”.23 “O, qəti bir sözdür. Əsla zarafat deyil!”.24 “O, inanan cəmiyyətə hər şeyi izah edən, düzgün yolu göstərən bir rəhbər və rəhmətdir” .25

Müəllif: ENES ALİMOĞLU


REKLAM->AzFiLM Aznetin en boyuk film sayti

REKLAM-> WaP MasteR Sayti

Рейтинг@Mail.ru oWAPazTOP.azmyWAPtopi.mobi Az-Top.RuSaYGaC.AzMobtop.az Azetop.OrgBiZiMToP.RU myWAPiM.BiZtop.Eylenceli.InfoexTOP.bizSaygac.BizmyTOP.infoToP.GeZeK.BiZ azTOP.wsWaP.AzDa.BizTop reyting
IslaMDiniToP.SeVo.BiZ