Old school Easter eggs.
Hazarbeylide1


SAYTIMIZ TAM HAZIR DEYIL

Namaz21Namaz7Namaz10Namaz9



RenderedImage
Namaz6 2 4

BISMILLAHIR REHMANIR REHIM

MERHEMETLI VE REHIMLI ALLAHIN ADI ILE


eziz istifadeciler biz sizin ucun daha duzgun ibadet etmek ve daha duzgun melumat almaq ucun arasdiraraq bu sayti erseye getirdik..Umid edirik ki,bizim saytdan razi qalarsiz en esasi hec olmasa 100 neferden hec olmasa bir neferi ibadete getire bilmisikse ne gozel bize

Allah ibadetinizi,namazinizi qebul etsin!AMIN

Hz.Eli(e) deyib Namaz qilan qocani sevirem,namaz qilan gence ise ashiqem gelin ele genc vaxtimizdan vaxti bosha vermeyerek namaz qilaq,ibadet edek sonra niye vaxtinda etmedim deyerek peshman olmayaq




REKLAM YERI _bosdur_

Namaz7 1
Namaz4Sehidan5sl5ig6ms
ANA SEHIFE<<-->>REKLAM YERLESDIR<<-->>NAMAZ VAXTLARINAMAZ QILIRSANMI??MUTLEQ BAXSEKILLI HEDIS VE DUALARQURAN OXURESIMLI QURAN AYETLERIHz Mehdi(a.s) in zuhur olmasinin elametleriDINI SEKILLERHICAB sekilleriHicab haqqindaISLAM DINI NEDIR?(Turkce)PEYGEMBERIN(s.e.s)HEYATIHezreti Mehemmed(s.e.s) kelamlariQURAN ARASDIRMALARIQuran ve muselmanlarQURAN DELILLERIMaraqli melumatlarSUALLARA CAVABLARDINI REVAYETLERDINI SOHBETLER(VIDEO,MP3)DINI FILMLEROLMUS EHVELATLARDESTEMAZ ALMAQQUSUL NECE OLURNAMAZ QILMAGI OYRENNAMAZ SURELERINamaz dualariSESLI VE YAZILI HEDISLERHEDISLER OXUHECC ZIYARETI VE HECC NEDIRDINI ARASDIRMALARMOCUZELERALLAHIN ADLARIPEYGEMBERLERIMAMLARPEYGEMBER(s.e.s) ILE SHEYTANIN SOHBETIHALAL VE HARAMLAR HAQQINDA..ADMINLE ELAQE-----------------------
Oral seks
Suni mayalanma

Sual: Quranın Yasin surəsinin 12-ci ayəsində deyilir ki, onların qoyub getdikləri hər izi yazırıq. Bu o deməkdir ki, onların əməlləri əməl dəftərlərinə yazılır? “Üç şeydən ötrü əməl dəftəri bağlanmır” hədisi səhihdir?

Cavab: Bu sualı soruşan şəxs kimdirsə, əsl məsələni çox yaxşı müəyyən edib. Əslində cavabı da özü verib. Görünür ki, cavabı bir də bizdən eşitmək istəyir (müəllim burada təbəssüm edir).

Qeyd edilən ayədə deyilir:

“Biz ölülərə təzədən həyat verəcəyik. Həyatda olduqları vaxt etdiklərini yazırıq. Bir də arxada qoyub getdiklərini (əsər, iz, nişanə).”

Bəli, peyğəmbərimizin (s. a. v.) bununla əlaqədar olaraq belə bir hədisi də var:

“İnsan öldüyü vaxt onun əməli kəsilir. Ancaq 3 şey istisnadır:

1) Ondan qalan sədəqeyi-cariyə, yəni, uzun müddət qalan bir xeyirli əməl əsəri;

2) Fayda əldə edilən elm;

3) Onun özünə xeyir-dua edən yaxşı övlad.”1

Suala cavab verdi: Professor Abdulaziz Bayındır2


ALLAHIN  VARLIĞININ  RİYAZİ  İSBATI VARMI?

Allahın varlığının isbata ehtiyacı yoxdur. İmanlılar onun varlığını hər zaman hər yerdə hiss edirlər. Misal üçün, evdə elektrik lampası yanırsa, deməli Allah var. Çünki Allah metallarda nizamlı quruluş yaratmasaydı və bunun nəticəsi kimi metal elektronları sərbəstləşib elektrik sahəsinin təsiri altında bir istiqamətdə  hərəkət edib cərəyan yaratmasaydı, heç lampa da yanmazdı. Bununla bərabər, ateistlərin varlığı da inkar edilməzdir. Nobel mükafatı laureatı akademik Vitaliy Qinzburqa görə («Известия», 28.11.2003 ): “İnam və ya tərsinə ateizm intuiktiv anlayışlardı. Burda heç nəyi riyazi olaraq isbat etmək mümkün deyildi”. Digər tərəfdən  amerikalı filosof Alfred Ayerin gerçəklik prinsipinə görə  riyazi və ya məntiqi əsası olmayan heç bir bəyanatın, əhəmiyyəti yoxdur”. Dünya söhrətli alimV. Qinzburqun  və A. Ayerin  fikirlərindən görünür ki, riyazi isbata ehtiyac çox böyükdür.

Bu problemi həll etmək üçün biliyin qiymətləndirilməsi metodlarından  istifadə etmək olar. Çünki müqəddəs kitabımız Qurani-Kərimdə bəyan edildiyi kimi “Allah hər şeyi görəndir və hər şeyi biləndir”.

Biliyin qiymətləndirilməsinin xətti modelinə görə beş ballı qiymətləndirmə şkalası beş hissəyə bölünür və uyğun rəqəmlərlə işarə olunur. Hər öyrənci üçün bu şkalanı “bilir” və “bilmir” adlı iki hissəyə bölmək olar. Misal üçün, 4 (dörd) qiyməti ilə təhsil alan üçün “4” rəqəmindən soldakı parça “bilir”, sağdakı parçanı isə “bilmir” adlandıraq və bu parçaların uzunluğunu uyğun olaraq Li və Lmişarə edək.

“Bilir” parçasının “bilmir” parçasına nisbətini, (yəni Li : Lm ) keyfiyyət faktoru adlandıraq və hərfi ilə işarə edək. “Bilir”parçasının nisbi uzunluğu (Li), beş ballı şkalanın balları və  keyfiyyət faktoru K-nınuyğunqiymətləri aşağıdakı Cədvəldə göstərilmişdir:

Nisbi  mənimsəmə

Li,  %

0

20

40

60

80

90

95

98

99

100

5 ballı

şkala

0

1

2

3

4

4.5

4.75

4.9

4.95

5

K keyfiyyət

faktoru

0

0.25

0.67

1.5

4

9

19

49

99

¥

Cədvəldən göründüyü kimi Li-nin nisbi qiyməti (0-100) % arasında dəyişər. Beş qiymətinə uyğun mənimsəmə  bilmənin ən yüksək – mütləq səviyyəsidir.  Ancaq “3” qiymətinə uyğun gələn mənimsəmə 60 % -dir. Bu nöqtə üçün “bilir” parçasının uzunluğu 3, “bilmir” parçasının uzunluğu 5-3 = 2-dir. Onda bu  mənimsəməyə uyğun gələn keyfiyyətfaktorunun qiyməti = Li:Lm=3/2=1.5 olar. Şkalanın 4 qiymətinə uyğun mənimsəmə – 80 %-dir.Yəni öyrənci zəruri biliyin 80 % -ni bilir, 20 % -ni isə bilmir.  Bu nöqtə üçün “bilir” parçasının  uzunluğu 4, “bilmir” parçasının uzunluğu Lm (5-4 ) =1-dir. Bu nöqtəyə uyğun gələn keyfiyyət faktorunın qiyməti 4: 1 = 4 olar.  Əgər “bilir” parçası Li uzunluğu 4.75, “bilmir” parçasının Lm uzunluğu isə 0.25 olarsa, onda bu halda K=19 olar. Bu səviyyə, arzu olunan bilik səviyyəsidir. Ali təhsil ocaqlarında belə bilik nümayiş etdirən tələbələrə fərqlənmə diplomu verirlər.

“Bilir” parçasının uzunluğu 4.9 olduğu halda, bilmir parçasının uzunluğu 0.1 olar. Bu halda K-nın qiyməti 49-a bərabər olar. Hesab etmək olar ki, bu bilik səviyyəsi alimlik  (PhD) səviyyəsinə uyğun gələn bilik səviyyəsidir.

Əgər “bilir” parçasının uzunluğu 4.95, “bilmir” parçasının uzunluğu isə 0,05 olarsa, onda keyfiyyət faktoru 4.95: 0.05 = 99 olar. Başqa sözlə, soruşulan 100 sualdan 99 bilir, birini isə bilmir. Yəqin ki, K-nın bu qiyməti daha yüksək bilik səviyyəsinə uyğundur.

Cədvəldən göründüyü kimi “bilir” parçasının uzunluğu artdıqca, “bilmir” parçasının uzunluğu azalır və  keyfiyyət faktorunun qiyməti isə artır. Aydındır ki, dahi alimlər və fövqəlinsanlar üçün K-nın qiyməti daha böyük rəqəmlərlə ifadə olunur.

Bu deyilənlərdən bəşəri və ictimai əhəmiyyəti böyük olan bir suala da cavab tapmaq mümkündür. Yuxarıda qeyd edildi ki, faktoru bildiyimizin bilmədiyimizə olan nisbətidir. Li-nin qiyməti 5-ə yaxınlaşdıqca (mütləq səviyəyə), Lm-nin qiyməti (kəsrin məxrəci) sıfıra yaxınlaşır. Bu halda qiyməti sonsuzluğa yaxınlaşar. Bəs onda K = ¥ uyğun gələn biliyə kim  malikdir? Hansı zatın biliyində qüsur yoxdur? Kim mütləq biliyə (Li = 5) və tam qüsursuzluğa (Lm=0) malikdir? Hər şeyi bilən, hər şeyi görən kimdir?

Bu sual cavab vermək üçün Qurani-Kərimə müracət edək:“Əgər yer üzündəki bütün ağaclar qələm, bütün dənizlər mürəkkəb olsa, sonra yeddi dəniz də buna əlavə olunsa, yenə Allahın kəlamları tükənməz; Allah– yenilməz qüdrət və hikmət sahibidir”  (31:27).

“Loğman” sürəsinin bu ayəsində məhz Yaradanın, cənab Haqqın, başqa sözlə, Allahın malik olduğu bilik səviyyəsinə işarə edilir. Deməli, K = ¥  Allahın malik olduğu bilik səviyyəsidir.

İlk baxışda belə olsa da, məsələni dərindən analiz edəndə maraqlı vəziyyətlə qarşılaşırıq. Riyaziyyatdan məlumdur ki, sıfırdan fərqli ədədi sıfıra bolmək olmaz. Onda buradan belə nəticəyə gəlmək olar ki, mütləq biliyə çatmaq qeyri mümkündür. Başqa sözlə Allah bizim biliklərimizdən kənardadır, yəni o ləməkandır. Peyğəmbərlərin  malik olduğu bilik səviyyəsi çox yüksəkdir və ölçüləndir, ancaq sonsuz deyil. Peyğəmbərlərdən az bilik səviyəsinə fövqəlinsanlar, dahi alimlər malikdirlər. Bu səviyyələrə uyğun gələn K-nın qiyməti, çox ehtimal ki, yüzlərlə və minlərə ölçülər. K = 0  səviyyəsinə uyğun bilik səviyyəsi yəqin ki, dünyaya təzə göz açan körpənindir. Allah bu körpələrə kömək olsun!

Müəllif: ŞAHLAR ƏSGƏROV (professor, əməkdar elm xadimi)


Hər insan Allahın varlığını və birliyini bilir

Müəllif: Abdulaziz BAYINDIR (ilahiyyat elmləri doktoru, professor. Istanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri)

Azərbaycan dilinə çevirib uyğunlaşdıran: Aydın Mülayim

HACI–Məqalənizin birində kafir kəliməsinin lüğətdə bir şeyi örtən mənasında olduğunu ifadə etmisiz. Bir insaınn kafir olması üçün doğru bildiyi bir inancının üstünü örtməsini şərt qoşmusunuz  və bu ayətləri dəlil gətirmisiniz:

“Özlərinə açıq ayətlər gəldikdən sonra vecsiz davranan və ixtilaf çıxaranlar kimi olmayın. Belələrinin payına düşən böyük bir əzabdır. O gün necə üzlər ağ çıxır, necə üzlər də qaralır. Üzləri qaralanlara belə deyilir: “Siz inandıqdan sonra kafir oldunuz, eləmi? Kafir olmanıza qarşılıq, dadın bu əzabı!” (Al-i İmran 3/105-106)

İnsana gələn açıq ayətlər hansılardır? Allahın kitabı özlərinə çatmamış olanlar, hansı açıq ayətləri gördükdən sonra vecsiz davranıb ixtilaf çıxarırlar?

MÜƏLLİM–Allahın iki cür ayəti vardır; biri, yaratdığı ayətlərdir ki, bütün yaratdıqlarıdır. İkincisi də endirdiyi ayətlərdir. Onlar da Quranda olanlardır.

İnsan, çevrəsinin tələbəsidir. Elədiyi müşahidələrlə yetkinlik çağına çatana qədər varlıqların təkcə bir sahibinin və yaratıcısının olduğunu başa düşər və Allah onu bu mövzuda şahid tutar. Bu qəti məlumata hər kəs çatdığı üçün Peygəmbərlər fəaliyyətlərini, Allahın varlığı mövzusunda deyil, Ondan başka tanrı olmadığı mövzusunda yürütmüşlər.

HACI –Bununla ruhlar aləmində verilən sözü mü  qəsd edirsiz?

MÜƏLLİM–Ruhlar aləmi deyə bir aləm yoxdur. İnsanın ruhla ilk əlaqəsi, ana rəhmində, vücudunun bütün üzvlərinin yaradılmasından sonra baş verir.Müvafiq ayətlər hamısı birlikdə təhlil edildiyindədölün şəklinin tamamlanıb tarazlığının qurulduğu 15-ci həftədə ruhun üfləndiyi məlum olur.  Allah Təala belə buyurur:

Yaratdığı hər şeyi güzəl yaradan Odur. İnsanı yaratmağa palçıqdan başlamışdır. Sonra onun nəslini süzülmüş bir tərkibdən, qərarsız bir sudan yaratmışdır. Sonra onu (vücudunu) nizamlamış və içinə ruhundan üfləmişdir. Sizin üçün qulaqlar, gözlər və könüllər  xəlq etmişdir. Nə az şükr edirsiniz!” (Səcdə 32/7–9)

HACI – Belə çıxır ki, “Ə ləstu bi Rəbbikum” deyilən bir şey yoxdur?

MÜƏLLİM–Əlbəttə  var. Ələstu biRəbbikum“Mən sizin Rəbbiniz deyiləmmi?” deməkdir. Allah Təala bunu hər insandan soruşur və ondan “Bəli, Rəbbimsən” cavabını alır. Amma bu sual ruhlar aləmində deyil, bu dünyada soruşulur.

HACI –Necə yəni?

MÜƏLLİM–Bu mövzuda Allah Təala belə buyurur:

Rəbbin, Adəm oğullarından onların bellərindən nəsillərini çıxartdığı vaxt onları özlərinə qarşı şahid tutaraq: “Mən sizin Rəbbiniz deyiləmmi?” deyir. Onlar da: “Bəli Rəbbimizsən. Biz buna şahidik”deyirlər. Artıq Qıyamət günü “Biz belə bir şeyin şüurunda deyildik”, – deyə bilməyəsiniz. Bunu da deyə bilməyəsiniz: “Əvvəlcədən şərik qoşanlar atalarımızdı. Biz onlardan sonra gələn nəsilik. O batilə yönələnlərin etdiklərinin ucbatından bizi yox edəcəksənmi?” Beləliklə, o bölgədəkiləri belə açıq şəkildə başa salırıq.Bəlkə,dönərlər… (Əraf) 7/172-174)

HACI –Mənim bildiyim budur: Allah Təala Ərəfatda Adəmin belindən bütün nəslini çıxartdı, kiçik qarışqalar kimi yaydı və “Mən sizin Rəbbiniz deyiləmmi?” dedi. Onlar da “Bəli, Rəbbimizsən, biz buna şahid olduq” dedilər.

MÜƏLLİM–Bəli, Təbəri təfsirində və daha bir çox təfsirdə belə rəvayətlər var amma ayətdə, Adəmdən deyil; “Adəm oğullarından” bəhs edilir. Adəm oğlu deyildikdə qadın, kişi hər insan başa düşülür.

HACI –Yəni biz həyatda  olduğumuz haldamı söz alınır, nə zaman olur  bu iş?

MÜƏLLİM–“Adəmoğullarının bellərindən nəsilləri götürüldüyü vaxt” olur. Nəslin beldən götürülməsi nəsli davam etdirəcək toxumun götürülməsidir. İnsan onunla yetkinlik çağına girər və uşağı olacaq yaşa gəlir. İslamda buna büluğ çağı deyilir.

İnsan, hələ uşaq yaşda ikən Allahı aramağa başlayır. Bu mövzuda ətrafını sual yağmuruna  tutur. Nəticədə də Allahın var və bir olduğunu qavrayır. Qarşısına çıxan dəlillərlə sanki Allah ona, “Mən sənin Rəbbin deyiləmmi?” deyə soruşur. O da tam bir qərarlılıqla “Bəli, Rəbbimsən, mən buna şahidlik edirəm” deyir. Oxşar hallar, yaradılış aləmini müşahidə etdikcə təkrarlanıb gedir. Bu səbəblə hər insan, Allahın varlığını və birliyini, hər şeyi Onun yaratdığını qəbul edir.

Müşrik, ortaq şərik qoşan deməkdir. Şəriklik üçün ən az iki şey lazımdır, onlardan birincisi həmişə Allahdır. Heç bir insan, Allaha ortaq gördüyü varlıq üçün haqlı bir səbəb tapa bilməyəcəyindən, axirətdə  bu bəhanələri işə keçməyəcəkdir:

“Əvvəlcədən ortaq (şərik) qoşanlar atalarımızdı. Biz onlardan sonra gələn bir nəsildik. O batilə yönələnlərin elədiklərindən ötrübizihəlakmı edəcəksən?” (Əraf 7/173)

Yetkinlik çağı mühümdür. Məsuliyyət bu çağda başlayır. Atalar vəya ətrafdakılar tərsini desə də, yetkinlik çağına girən hər insan, Allahın varlığına və birliyinə, onun özünün və bütün varlıqların sahibi  olduğuna qəti şəkildə şahid olur. Bir çox insan bu qədərlik bir inamın özünə bəs edəcəyini zənn edir. Bu bir şeytan aldatmasıdır. Allah Təala belə buyurur:

“O aldadıcı şeytan olmaya sizi Allah ilə aldatmasın.” (Loğman31/33)

Tanrıtanımaz deyə bilinən ateistlər Allahı işlərinə qarışdırmaq istəməyənlərdir. Onlar özlərini tanrılaşdırırlar; digər müşriklər isə Allah ilə bərabər başqa böyüklər tapır, onları Allaha bənzər mövqeyə gətirir və Allaha verdikləri dəqiq sözdən üz döndərirlər. Amma hamısı da bilir ki, Allahın bir bənzəri ola bilməz.

İnsanı kafir və müşrik edən şey,  onun Allahı ikinci sıraya qoymasıdır. Müsəlman isə hər mövzuda Allahı birinci sırada görən və hər şeyi onun əmir və qadağanlarına görə dəyərləndirən insandır.


REKLAM->AzFiLM Aznetin en boyuk film sayti

REKLAM-> WaP MasteR Sayti

Рейтинг@Mail.ru oWAPazTOP.azmyWAPtopi.mobi Az-Top.RuSaYGaC.AzMobtop.az Azetop.OrgBiZiMToP.RU myWAPiM.BiZtop.Eylenceli.InfoexTOP.bizSaygac.BizmyTOP.infoToP.GeZeK.BiZ azTOP.wsWaP.AzDa.BizTop reyting
IslaMDiniToP.SeVo.BiZ