Insane
Hazarbeylide1


SAYTIMIZ TAM HAZIR DEYIL

Namaz21Namaz7Namaz10Namaz9



RenderedImage
Namaz6 2 4

BISMILLAHIR REHMANIR REHIM

MERHEMETLI VE REHIMLI ALLAHIN ADI ILE


eziz istifadeciler biz sizin ucun daha duzgun ibadet etmek ve daha duzgun melumat almaq ucun arasdiraraq bu sayti erseye getirdik..Umid edirik ki,bizim saytdan razi qalarsiz en esasi hec olmasa 100 neferden hec olmasa bir neferi ibadete getire bilmisikse ne gozel bize

Allah ibadetinizi,namazinizi qebul etsin!AMIN

Hz.Eli(e) deyib Namaz qilan qocani sevirem,namaz qilan gence ise ashiqem gelin ele genc vaxtimizdan vaxti bosha vermeyerek namaz qilaq,ibadet edek sonra niye vaxtinda etmedim deyerek peshman olmayaq




REKLAM YERI _bosdur_

Namaz7 1
Namaz4Sehidan5sl5ig6ms
ANA SEHIFE<<-->>REKLAM YERLESDIR<<-->>NAMAZ VAXTLARINAMAZ QILIRSANMI??MUTLEQ BAXSEKILLI HEDIS VE DUALARQURAN OXURESIMLI QURAN AYETLERIHz Mehdi(a.s) in zuhur olmasinin elametleriDINI SEKILLERHICAB sekilleriHicab haqqindaISLAM DINI NEDIR?(Turkce)PEYGEMBERIN(s.e.s)HEYATIHezreti Mehemmed(s.e.s) kelamlariQURAN ARASDIRMALARIQuran ve muselmanlarQURAN DELILLERIMaraqli melumatlarSUALLARA CAVABLARDINI REVAYETLERDINI SOHBETLER(VIDEO,MP3)DINI FILMLEROLMUS EHVELATLARDESTEMAZ ALMAQQUSUL NECE OLURNAMAZ QILMAGI OYRENNAMAZ SURELERINamaz dualariSESLI VE YAZILI HEDISLERHEDISLER OXUHECC ZIYARETI VE HECC NEDIRDINI ARASDIRMALARMOCUZELERALLAHIN ADLARIPEYGEMBERLERIMAMLARPEYGEMBER(s.e.s) ILE SHEYTANIN SOHBETIHALAL VE HARAMLAR HAQQINDA..ADMINLE ELAQE-----------------------

Quranı başa düşərək oxumaq

Professor Abdulaziz Bayındır1

HACI: Müəllim, mən neçə ildir ki, Quranı Ərəbcə orijinalından oxuyub xətm edirəm. Bu il sizin məsləhətinizi nəzərə alıb tərcümə-məalını da oxumağa başladım. Aşağıdakı ayələr mənə çox təsir etdi:

“Allahın nazil etdiyi kitabdan bir şeyi gizlədib müqabilində qurtarıb gedən (قل : أصلانِ صحيحان، يدلُّ أحدهما على نَزَارة الشيء، والآخرُ على خلاف الاستقرارِ، وهو الانزعاجفيقال: تَقَلقلَ الرَّجُل وغيرُه، إذا لم يثبُتْ في مكانٍ.(مقاييس اللغة)قال تعالى: ثم لا يجاورونك فيها إلا قليلا (الأحزاب 33/60) bir əvəz alanlar qarınlara sadəcə olaraq od doldururlar. Allah Qiyamət günü onlarla danışmaz və onları təmizə çıxartmaz. Onlar üçün acı bir əzab var. Onlar doğru yolun əvəzinə azğınlığı, bağışlanmaq yolunu da verib əzabı satın alan kəslərdir. Onlar atəşə nə qədər də dözümlü imişlər!” (Bəqərə, 2/174-175)

MÜƏLLİM: Nə yaxşı olub! Bir müsəlman kimi öz öhdəliklərini xatırlamağa başlamısan.

HACI: Dəqiq başa düşə bilmədim. Hansı öhdəliyi nəzərdə tutursunuz?

MÜƏLLİM: Qurana başa düşmək öhdəliyindən. Allah təala bununla əlaqədar olaraq belə buyurur:

“Allah kitab verilənlərdən qəti söz aldıqda belə dedi: “Siz bu kitabı insanlara mütləq aydınlaşdıracaqsınız. Onu qətiyyən gizlətməyəcəksiniz!” Onlar isə kitabı qulaqardına vurdular və müqabilində müvəqqəti bir əvəz aldılar. Onların aldıqları şey necə də pisdir!” (Ali-İmran, 3/187)

HACI: Bu elə bir şeydir ki, hər bir müsəlmanla deyil, təkcə bilənlərlə əlaqədardır. Yəni, bu cür olmalıdır.

MÜƏLLİM: Məgər kitab bilənlərə göndərilib? Quran hər bir müsəlmanın kitabı deyilmi?

HACI: Əlbəttə, hər bir müsəlmanın kitabıdır. Deyirəm ki, bəs bilməyənlər nəyi aydınlaşdıracaqlar?

MÜƏLLİM: Belə çıxır ki, bu ayələr hər bir müsəlmanın Quranın mənasını öyrənməyini vacib hesab edir. Elə isə hər bir müsəlman Quranı öyrənməli və mənasını yeri gəldikcə izah etməli, aydınlaşdırmalıdır.

HACI: Yaxşı ki, mən Quranın məal-tərcüməsini oxumağa başladım. Əks təqdirdə, cavabdeh olacaqdım. Sizə bir şey də deyim: Mən çox adam tanıyıram ki, özü haqqında: “Pis adamdır”, – deməsinlər deyə, həqiqətləri danışmır.

MÜƏLLİM: Bir çoxu öz mənfəətini fikirləşib Allahın ayələrini gizlədir. Onların günahı çox böyükdür. Allah təala bu kimi insanlarla əlaqədar olaraq belə deyir:

“Aydınlaşdırıcı və doğrunu göstərən olaraq nazil etdiyimiz ayələri bu kitabda insanlara izah etməyimizdən sonra gizlədənlər var ha, bax, Allah onlara lənət edir. Lənət edənlər də onları lənətləyir.” (Bəqərə, 2/159)

HACI: Aman Allah! Nə qədər də ağır bir günahdır bu! Mən də bəzi hallarda bu günahı edirəm. Deməli, dərhal tövbə etməliyəm.

MÜƏLLİM: Tövbə kifayət deyil. Gedib vaxtilə aydınlaşdırmadığın şəxslərə izah da etməlisən. Yuxarıda qeyd etdiyim ayədən sonra belə buyurulur:

“Tövbə edib özünü düzəldən və onları izah edənlər başqadır. Onların tövbəsini qəbul edərəm. Mən tövbələri qəbul edirəm, ikramım boldur.” (Bəqərə, 2/160)

HACI: Deməli, tövbənin qəbul olunmağı üçün gizlədilən ayələri izah etmək lazım imiş. Bəzi insanlar ömür boyu həqiqətləri demək istəmirlər. Bəs onların halı nə olacaq?

MÜƏLLİM: Əgər tövbə etməmiş ölsələr, aşağıdakı ayələrin əhatəsinə daxil olurlar:

“Ayələrimizi gizlədən və bu halda ölənləri Allah, mələkləri və bütün insanlar lənətləyəcəklər. Onlar daimi olaraq lənətdə qalacaqlar, nə əzabları yüngülləşdiriləcək, nə də buna fasilə veriləcək.” (Bəqərə, 2/161-162)

HACI: Müəllim, bu nə qədər böyük bir məsuliyyətdir… Mən bunları heç bilmirdim.

MÜƏLLİM: Quranın mənasını oxumasan, haradan biləcəksən? Sən dünyanın ən yaxşı Quran hafizi olsan belə, mənasını bilmədən kimə nə izah edə bilərsən? Allah belə buyurur:

“Biz hər elçini öz xalqının dili ilə göndərdik ki, onlara açıq-aydın izah etsin. Bundan sonra Allah azğınlığa çalışanı azğın hesab edər, hidayətə çalışanı da yoluna qəbul edər. güclü olan O, düzgün qərar verən Odur.” (İbrahim, 14/4)

Quranın Ərəb dilində olmağının səbəbi peyğəmbərimizin göndərildiyi cəmiyyətin o dili danışmağıdır. Əlavə olaraq, o, təkcə Ərəblərə deyil, bütün bəşəriyyətə elçi olaraq göndərilib. Bununla bağlı bir ayə belədir:

“Səni bütün insanlara müjdə verən və xəbərdarlıqlar edən bir elçi kimi göndərdik. Ancaq insanların əksəriyyəti bunu bilmir.” (Səba, 34/28)

Odur ki, Quran ayələri bir insana öz dili ilə izah edilməsə, ilahi təbliğ ona çatmamış olur. Əlavə olaraq, hər bir müsəlman Quranı başa düşüb izah etmək üçün öz dilində Quran məal-tərcüməsini oxumalıdır.


Sual: Quran oxuyub savabını ölmüş qohum-əqrəba və ailə üzvlərimizə bağışlamaq məsələsi dini cəhətdən necə qiymətləndirilir? Bununla əlaqədar bir Quran ayəsi və peyğəmbər hədisi var?

Cavab: Ölən insanın ardınca oxunan Quranın ölüyə heç bir təsiri yoxdur. Bu məsələ ilə əlaqədar heç bir dini dəlil – ayə və ya hədis də yoxdur.

Lakin Allah Təala tövsiyə edir ki, bizdən əvvəlki müsəlman qardaşlarımız üçün xeyir-dua edək. Peyğəmbərimiz Muhəmməd (s. a. v.) də bununla bağlı olaraq həyata keçirdiyi işlərlə bizə nümunə olub.

Allah belə buyurur:

Onlardan sonra gələnlər: “Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirən qardaşlarımızı bağışla; bizim qəlbimizdə möminlərə qarşı kin qoyma. Rəbbimiz! Şübhəsiz ki, sən şəfqətlisən, mərhəmətlisən”, – deyərlər”.(Həşr, 59/10)

Bizə məsləhət görülür ki, qıldığımız hər bir namazın axırında bu duanı oxuyaq:

“Rəbbimiz! Haqq-hesab günü məni, anamı, atamı və bütün möminləri bağışla”. (İbrahim, 14/41)

Əbu Üseyd Malik ibn Rəbia əs-Səidi (r. a.) nəql edir ki, bir gün biz peyğəmbərin yanında oturmuşduq. Sələmə oğulları qəbiləsindən bir nəfər gəlib peyğəmbərdən belə bir sual soruşdu:

“Ey Allahın elçisi! Anamla atam öləndən sonra onlara nə kimi bir yaxşılıq edə bilərəm?”.

Rəsulullah (s. a. v.) cavab verdi:

“Bəli, onlar üçün Allaha dua edib günahlarının bağışlanmağını diləyə bilərsən. Vəsiyyətlərini yerinə yetirə bilərsən. Qohum-əqrəbasına dayaq olar və dostları ilə də yaxşı rəftar edərsən”. (Əbu Davud, Ədəb, 120; İbn Macə, Ədəb, 2)

Unutmamaq lazımdır ki, Qurani-Kərim ölülərə yox, dirilərə nazil edilmiş bir kitabdır. Yasin surəsinin 69 və 70-ci ayələrində belə deyilir:

“Biz ona şeir öyrətmədik. Ona yaraşmaz da. O sadəcə olaraq bir öyüd-nəsihət və açıq-aşkar bir Qurandır. Diri olanı xəbərdar etmək üçün. Nankorlara verilən o əzab sözü həyata keçəcək”.

Yuxarıda da qeyd etdiyimiz kimi, Quran oxuyub savabını ölülərə bağışlamaqla əlaqədar nə bir ayə var, nə də hədis. Quranın savabı ancaq onu başa düşərək oxuyan və həyata keçirməyə çalışan şəxsə aid olur. Lakin ölən şəxs sağ olduğu vaxt başqa bir nəfərə Quran oxumağı öyrədibsə və yaxud öyrənməyinə səbəbkarlıq edibsə, onun öyrətdiyi adam hər Quran oxuyanda həmin şəxsə də savab yazılır. Bu da öz növbəsində gözəl bir əmələ səbəb olmağın savabıdır.


REKLAM->AzFiLM Aznetin en boyuk film sayti

REKLAM-> WaP MasteR Sayti

Рейтинг@Mail.ru oWAPazTOP.azmyWAPtopi.mobi Az-Top.RuSaYGaC.AzMobtop.az Azetop.OrgBiZiMToP.RU myWAPiM.BiZtop.Eylenceli.InfoexTOP.bizSaygac.BizmyTOP.infoToP.GeZeK.BiZ azTOP.wsWaP.AzDa.BizTop reyting
IslaMDiniToP.SeVo.BiZ