Polly po-cket
Hazarbeylide1


SAYTIMIZ TAM HAZIR DEYIL

Namaz21Namaz7Namaz10Namaz9



RenderedImage
Namaz6 2 4

BISMILLAHIR REHMANIR REHIM

MERHEMETLI VE REHIMLI ALLAHIN ADI ILE


eziz istifadeciler biz sizin ucun daha duzgun ibadet etmek ve daha duzgun melumat almaq ucun arasdiraraq bu sayti erseye getirdik..Umid edirik ki,bizim saytdan razi qalarsiz en esasi hec olmasa 100 neferden hec olmasa bir neferi ibadete getire bilmisikse ne gozel bize

Allah ibadetinizi,namazinizi qebul etsin!AMIN

Hz.Eli(e) deyib Namaz qilan qocani sevirem,namaz qilan gence ise ashiqem gelin ele genc vaxtimizdan vaxti bosha vermeyerek namaz qilaq,ibadet edek sonra niye vaxtinda etmedim deyerek peshman olmayaq




REKLAM YERI _bosdur_

Namaz7 1
Namaz4Sehidan5sl5ig6ms
ANA SEHIFE<<-->>REKLAM YERLESDIR<<-->>NAMAZ VAXTLARINAMAZ QILIRSANMI??MUTLEQ BAXSEKILLI HEDIS VE DUALARQURAN OXURESIMLI QURAN AYETLERIHz Mehdi(a.s) in zuhur olmasinin elametleriDINI SEKILLERHICAB sekilleriHicab haqqindaISLAM DINI NEDIR?(Turkce)PEYGEMBERIN(s.e.s)HEYATIHezreti Mehemmed(s.e.s) kelamlariQURAN ARASDIRMALARIQuran ve muselmanlarQURAN DELILLERIMaraqli melumatlarSUALLARA CAVABLARDINI REVAYETLERDINI SOHBETLER(VIDEO,MP3)DINI FILMLEROLMUS EHVELATLARDESTEMAZ ALMAQQUSUL NECE OLURNAMAZ QILMAGI OYRENNAMAZ SURELERINamaz dualariSESLI VE YAZILI HEDISLERHEDISLER OXUHECC ZIYARETI VE HECC NEDIRDINI ARASDIRMALARMOCUZELERALLAHIN ADLARIPEYGEMBERLERIMAMLARPEYGEMBER(s.e.s) ILE SHEYTANIN SOHBETIHALAL VE HARAMLAR HAQQINDA..ADMINLE ELAQE-----------------------

"Xəlq edən və nizama salan,əzəldən müəyyən edənvə yol göstərən,ən uca olan Rəbbinin adını pak və müqəddəs tutub şəninə təriflər de!O Rəbbin ki,yamyaşıl otlar çıxartdı.Sonra da onu quru,qara vəziyyətə döndərdi."("Əla"surəsi,1-5)

Məlum olduğu kimi neft dənizlərdəki bitkilərin və heyvanların çürüməsindən sonra qalan qalıqlarından meydana gəlir.Bu qalıqlar dəniz yatağında milyonlarla il boyunca çürüyəndən sonra yerdə ancaq yağlı maddələr qalır.Palçıq və böyük qaya laylarının altında qalan yağlı maddələr də neft və qaza dönür.Yer qabığındakı hərəkətlənmələr bəzən dənizlərin torpaq hissələri halına gəlməsinə və özündə nefti ehtiva edən qayaların minlərlə metr dərinliyə gömülməsinə səbəb olur.Meydana gələn neft də bəzən qaya təbəqələrindəki məsamələrdən sızaraq kilometrlərlə dərindən səthə çıxır və burada buxarlaşaraq(qaz halına dönərək) geriyə qatran yığınağı buraxır.

"Əla" surəsinin ilk dörd ayəsində diqqəti cəlb edən üç məsələ neftin yaranma mərhələləri ilə ciddi parallellik içindədir.Xüsusilə "otlaq,düz,çəmənlik" mənalarına gələn "əlməra" ifadəsi ilə neftin yaranmasında iştirak edən üzvi mənşəli maddələrə işarə olunması ehtimalı daha çoxdur.Ayədə ikinci maraqlı söz isə qara rəngə çalan yaşıl,qaraya çalan,əsmər,his rənglərini bildirmək üçün işlədilən "əhva" kəlməsidir.Bu sözü də yerin altında yığılıb qalan bitki qalıqlarının zaman ötdükcə qara rəngli maddəyə çevrilməsi kimi qəbul etmək olar.Çünki bu kəlmələr üçüncü bir kəlmə ilə - "qusaən"kəlməsi "sel suyunun otları,çöplərini bir-birinə qtaraq sürüyüb gətirdiyi və dərələrin ətrafına atdığı ot,çöp,yarpaq və köpük kimi qarışıqlıq" mənasına da gəlir."Qusmaq" mənasını verən bu söz bəzi mənbələrdə "sel qusmağı" kimi tərcümə edilir və torpağın nefti qusması kimi də tərif edilir.Həmçinin neftin meydana gəlməsi,ortaya çıxması,köpüklü görünşü,rəngi nəzərə alınanda ayələrdə işlədilən kəlmələrin nə qədər hikmətli olduğu daha yaxşı anlaşılır.
Burdan da göründüyü kimi,ayədəki bitkinin qara və axıcı bir mayeyə dönməsi neftin əmələ gəlməsi iləçox oxşardır.Neftin əmələ gəlməsi haqqında məlumatın olmadığı birdövrdə bu cür uzun illəri əhatə edən bir təşəkkül prossesinin tərif edilməsi şübhəsiz ki,Quranın Allahın vəhyi olmasının başqa bir dəlilidir


Allahın(c.c) möcüzələri – doğurdan da sonsuzdur. İlk əvvəl insan təsəvvür belə etməz ki, 1 kitabda bütün bu möcüzələri yerləşdirmək olar. Bütün dünya elmləri 1 ilahi kitabda Qurani-Kərimdə toplanıb. Hələ 1400 il əvvəl bütün dünya elmləri və dünyanın sirləri Quranda yazılmışdır. Quran bir zaman bir mekan deyil qiyamətə qədər öz möcüzələri ilə bizi heyran edəcəkdir. XX əsrin ən böyük kəşfi nədir? Əlbəttə kiç Eynşteynin nisbilik nəzəriyyəsi – hansı ki, Quranda 1400 il əvvəl açıq-aydın bir dəlillə verilmişdir.

Zamanın nisbiliyi mövzusu bu gün tam sübut edilmiş elmi bir həqiqətdir.Ancaq bu həqiqət XX əsrin əvvəllərində Albert Enşteynin nisbilik ifadəsi ilə ortaya çıxıb.O dövrə qədər insanlar zamanın nisbiliyinin bir nəzəriyyə olduğunu,şəraitə görə dəyişkənlik göstərə biləcəyini bilmirdilər.Ancaq məşhur alim Albert Enşteyn zamanın nisbiliy nəzəriyyəsi ilə bu həqiqəti aydın şəkildə sübut etdi. 
 "...Rəbbinin dərgahında bir gün sizin saydıqlarınızın min ili kimidir!"("Həcc" surəsi,22\47)
 "O,göydən yerə qədər olan bütün işləri idarə edir.Sonra(həmin işlər)sizin saydığınızın min ilinə bərabər olan bir gündə Ona yüksələr."("Səcdə"surəsi,32/5)
 "Mələklər və Ruh(Cəbrail) Onun dərgahına müddəti əlli min il olan bir gündə qalxarlar."("Məaric"surəsi,70/4)
610 cu ildən etibarən göndərilməyə başlanan Quranda zamanın nisbiliyindən bu cür aydın şəkildə bəhs edilməsi onun ilahi bir kitab olduğunun başqa bir sübutudur.


Qurani-Kerimda nə qədər möcüzə var? Saysız-hesabsız desak heç də yanılmarıq. Elm va texnika inkişaf etdikcə bu möcüzələr bir-bir aşkar olunur. Hansılarkı hələ də aşkar olunmayıbsa deməli insan bu elmi hələ də bilmir. Qurani-Kərimi diqqətlə araşdırdıqca görürük ki, quranda hətta bir cümlə də, söz də, hərif də böyük və təkrarsız bir möcüzədir. 14 əsr əvvəl bu möcüzələr Cəbrayıl(e) vasitəsilə sevimli Peyğəmbərimizə(s) nazil olmuşdur. Quranın daha bir möcüzəsi barmaq izləridir. Bu gün dünyanın bütün ölkələrində cinayətkarları barmaq izlərinə görə problemsiz tapırlar. Bu metod insanlara 18-ci əsrdən məlum olsada, Quranda bu haqda hələ 14 əsr bundan əvvəl xəbər verilmişdi:

Məgər insan elə güman edir ki, (qiyamət günü) onun sümüklərini bir yerə yığa bilməyəcəyik?!
Daha sonra Allah buyurur:
Bəli, Biz onun barmaqlarını da (barmaq sümüklərini də, barmaqlarının uclarını da) düzəltməyə qadirik!
Ayədə keçən "bənənə" sözü ərəb dilindən "barmaq",daha çox "barmaq ucları" kimi tərcümə edilir.
 18-ci əsrə qədər hələ heç kimə məlum deyildi ki,hər insanın özünə xas barmaq ucları var.Məhz 1844-cü ildə İngiltərədə cinayətkarların barmaq izlərinin götürülməsi və cinayətlərinin barmaq izləri vasitəsilə sübuta yetirilə bilinəcəyi qərarına gəlindi.Günümüzdə də bu üsuldan istifadə edilir.
Həm də əbəs yerə bu ayə "qiyamət" surəsində,yəni, haqq-ədalət,ilahi məhkəmə günü ,cinayətkarların,günhkarların cəzalarını,Allahın əmrindən çıxmayanların mükafatlarını alacağları qiyamət günü ilə əlaqədar endilirmiş surədə gəlməyib. Barmaq ucları hər kəsdə fərqli olduğu üçün uca yaradan bizi qiyamət günü barmaq izlərimizə əsasən dirildəcək.


Sevimli Peygambarimizdan(s) onun mocuzalari haqda sorusduqda o Qurani-Kerimi gostarib deyardi ki, Quran an boyuk mocuzadir. Lakin o zaman bu mocuzalarin coxu insanlar tarafindan basa düşülmürdü. Amma elm-texnika inkişaf etdikcə Quranın bu möcüzələri aşkar olunmuşdu. Bu möcüzələrdən biri də Quranda dağıar haqdadır."...sizi yırğalamasın deyə, yerdə möhkəm durmuş dağlar bərqərar etmişdir..." (Loğman surəsi, 10)
Bu ayətdən də anlaşıldığı kimi dağlar, tarazlığın təmin ediləcəyi formada yaradılmışdır. Elm, keçmiş on dörd yüz il boyunca bu həqiqətdən xəbərsiz qalmışdı. Müasir coğrafiyaşünaslar bu hadisəni "Yerin üst təbəqəsinin tarazlığı qanunu" (Law of Isostasy) deyə adlandırırlar. Bu qanunun müəmmaları nəzərə alındıqda elm, hələ ilk pillələrdədir.Englen, "Maddənin yüngül olanı yerin səthinə çıxarkən, ağır maddənin yerinin bu gün dəniz olaraq gördüyümüz dərin çuxurlar halına gəldiyi qəbul edilməkdədir. Beləliklə, maddənin hündürlüyü və alçaqlığı dünyanın tarazlığını təmin etməkdədir." deyir.

Beləliklə elmin müasir naliyyatlarindən istifadə edərək deyə bilərik ki, əgər dağlar olmasaydı, onda yerdə həyat indikindan farqlanardi və Quranda deyildiyi kimi yer bizi yırğalayardı.

Uca Allah özü bizə yar. Amin!


Quranda Günəşdən və Aydan bəhs edilərkən onların hər birinin özünəməxsus orbitinin olması qeyd edilir: “Gecəni və gündüzü də, Günəşi və Ayı da yaradan Odur. Onların hər biri (özünə məxsus) bir göydə üzür” (“Ənbiya” surəsi, 21/33).Bu ayədəki “üzmək” kəlməsi ərəb dilində “səbəhə” feli ilə ifadə edilir. Bu kəlmədən Günəşin kosmosdakı hərəkətini bildirmək üçün istifadə olunub. Bu kəlmə həmçinin Günəşin kosmosdakı hərəkətinin nəzarətsiz olmadığını, onun öz orbitində hərəkət etdiyini və dövr edərkən özünəməxsus hərəkət dairəsi olduğunu anladır. Günəşin sabit (və ya statik) olmaması, onun müəyyən orbitdə hərəkət etməsi başqa bir ayədə belə qeyd edilir:

“Günəş də özü üçün müəyyən olunmuş yerdə seyr edər. Bu, yenilməz qüvvət sahibi olan (hər şeyi) bilən Allahın təqdiridir” (“Yasin” surəsi, 36/38).
Quranda bildirilən bu həqiqətlər yalnız və yalnız XX əsrdə astronomiya elmi sahəsində aparılan tədqiqatlarla təsdiq edilib. Mütəxəssislərin hesablamalarına görə, Günəş “Solar Apeks” adlı orbit boyu Veqa ulduzu istiqamətində saatda 720.000 kilometrlik möhtəşəm bir sürətlə hərəkət edir. Bu təxmini hesablama Günəşin sutka ərzində 17 milyon 280 min kilometr yol qət etdiyini göstərir. Günəşlə birlikdə onun cazibə sistemindəki bütün planet və peykləri də eyni məsafəni qət edir.


Qurani-Kerim Allahin an boyuk mocuzasidir. Bu mocuzanicox kicik 1 hissasini arasdiraq:

"Yeddi göy" ifadəsi 7 dəfə keçir. "Göylərin yaradılışı (xəlqi səmavat)" ifadəsi də 7 dəfə təkrarlanır. 

"Gün (yəvm)" ifadəsi tək olaraq 365 dəfə keçərkən, çoxluq yəni "günlər (əyyam və yəvməyn)" sözləri 30 dəfə təkrarlanır. "Ay" sözünün təkrar sayı isə 12-dir. 

"Bitki" və "ağac" sözlərinin təkrar sayı eynidir: 26 

"Cəza" sözü 117 dəfə çəkilərkən Quran əxlaqının təməl xüsusiyyətlərindən olan "bağışlamaq" ifadəsi bu ədədin tam 2 misli qədər yəni 234 dəfə təkrarlanır. 

"De" sözlərini saydığımızda çıxan nəticə 332-dir. "Dedilər" sözünü saydığımızda da eyni rəqəmi əldə edirik. 

"Dünya" sözü və "axirət" sözünün təkrarlanma ədədləri də eynidir: 115 

"Şeytan" sözü Quranda 88 dəfə keçir. "Mələk" sözünün təkrar sayı da 88-dir. 

"İman" və "küfr" sözləri Quranda 25 dəfə təkrarlanır. 

"Cənnət" və "cəhənnəm" sözü də eyni sayda təkrarlanır: 77. 

"Zəkat" sözü Quranda 32 dəfə təkrarlanarkən, "bərəkət" sözünün təkrarlanma sayı da 32-dir. 

"Yaxşılar (əbrar)" 6 dəfə təkrarlanarkən "pislər (fuccar)" sözü isə tam yarısı qədər yəni 3 dəfə keçir. 

"Yaz-isti" sözləri ilə "qış-soyuq" sözlərinin işlənmə ədədləri də eynidir: 5 

"Şərab (hımr)" və "sərxoşluq (səkərə)" sözləri də Quranda eyni ədəddə təkrarlanır: 6 

"Ağıl etmək" və "nur" ədədlərinin təkrar sayı da eynidir: 49 

"Dil" və "öyüd" sözləri bərabər ədəddə -25 dəfə- təkrar edilir.

"Fayda" sözü 50, "pozma" sözü də 50 dəfə təkrarlanır. 

"Sevgi" və "itaət" sözlərinin təkrar sayı eynidir: 83 

Quranda "çevrilmə" və "sonsuz" sözləri bərabər ədəddə iştirak etmişdir: 28 

"Müsibət" sözü və "şükr" sözü Quranda eyni sayda keçir: 75 dəfə 

"Günəş (şəms)" və "işıq (nur)" sözləri Quranda 33 dəfə keçir. (Sayarkən "nur" sözünün yalnız adlıq halları diqqətə alınmışdır.) 

"Doğru yola çatdıran (Əlhuda)" və "rəhmət" sözlərinin təkrar sayı bərabərdir: 79 

Quranda "çətinlik" sözü 13 dəfə iştirak edərkən, "dinclik" sözü də 13 dəfə təkrarlanır. 

"Qadın" və "kişi" sözlərinin təkrar sayı da eynidir: 23 

Qadın-kişi sözlərinin Quranda təkrar sayı olan 23, eyni zamanda insan rüşeyminin (embryo) meydana gəlməsində yumurta və spermdən gələn xromosom sayıdır. İnsanın xromosom sayı da ana və atadan gələn 23 xromosomun cəmi olaraq 46-dır. 

"Xəyanət" sözü 16 dəfə keçərkən, "xəbis" sözünün təkrar sayı da 16-dır. 

"İnsan" sözü Quranda 65 dəfə keçir; insanın yaradılış mərhələlərinin sayının cəmi də eynidir. 

Salavat sözü bütün Quranda 5 dəfə keçir və Allah insanlara gündə beş dəfə namaz qılmalarını bildirmişdir. 

"Quru" sözü Quranda 13 dəfə keçərkən, "dəniz" sözü 32 dəfə keçməkdədir. Bu ədədlərin cəmi bizə 45 ədədini verir. Əgər torpağın Quranda çəkilmiş sayı olan 13-ü 45-ə bölsək %28,888888888889 sayını taparıq. Dənizlərin Quranda sayı olan 32-i 45-ə böldüyümüz zaman isə %71,111111111111 sayını alırıq. Bu nisbətlər isə planetimizdəki su və quru parçalarının gerçək nisbətidir. (Scientific Miracles) 

"... Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət (ixtilaf, uyğunsuzluq) tapardılar." (Nisa Surəsi, 82) 


Islamin muqaddas kitabi olan Qurani-Karim boyuk mocuzalarla doludur. Digar semavi kitablar ferqli olaraq Qurani-Kerim yalniz 1 zaman va 1 xalq ucun deyil qiyamata qadar butun xalq va millatlar ucun nazil olmusdur. Elm va texnika inkisaf etdikca insanlar Qurani daha aydin basa dusurlar va onun neca boyuk Ilahi mocuzaya malik oldugunu anlayirlar. Qurandaki boyuk mocuzaya malik suralardan biri da damir surasidir.Dəmir Quranda böyük diqqət yetirilən kimyəvi elementlərdən biridir. Quranın “Hədid”, yəni “Dəmir” adlı surəsində belə buyurulur: “...Biz həddindən artıq möhkəm olan və insanlara fayda verən dəmiri də nazil etdik (endirdik)...” (“Hədid” surəsi, 57/25). Ayədə xüsusi olaraq dəmirlə bağlı işlədilən “ənzəlnə”, yəni “endirmək” kəliməsi məcazi anlamda onun insanların xidmətinə verilməsi mənasında başa düşülə bilər. Fəqət, kəlimənin yağış və günəş şüaları ilə bağlı işlədilən “göydən fiziki olaraq endirmə” şəklindəki həqiqi mənasına diqqət veriləndə ayənin çox mühüm elmi möcüzə olması görünür.

Müasir astronomiya elmi Yerdəki dəmir mədənlərinin kosmosdakı böyük ulduzlardan gəldiyini sübut edib (Dr.Mazhar, U. Kazi, “130 Evident Miracles in the Qur’an”, Crescent Publishing Nouse, New Üork, 1997, ss. 110-111;from Prof. Zighloul Raghib El-Naggar’s sreech).Ozda bu sozlar takca year aid deyil, eyni zamanda butun gunas sistemina aiddir. Bunun sababi isa damirin amala galmasi ucun lazim olan temperatur na yerda na da gunas sisteminda var. Bela yuksak temperatur yalniz uzaq qalaktika ulduzlarinda movcuddur. Nova və Supernova adlandırılan bu ulduzlardakı dəmirin miqdarı müəyyən həddi keçəndə ulduz artıq onu saxlaya bilmir və partlayır. Bu partlayış nəticəsində dəmirə çevrilən meteoritlər kosmosa səpələnir və bir göy cisminin cazibə qüvvəsinə məruz qalıb onun üzərinə enənə, yəni onun tərəfindən cəzb olunana qədər kosmik boşluqda hərəkət edir.
Bir elmi mənbədə bu məsələ ilə bağlı aşağıdakı məlumat qeyd edilir. Daha çox yaşı olan Supernova hadisələrini göstərən dəlillər də var. Dəniz tavanında yığılmış dəmir-60, Günəşdən 90 işıq ili uzaqlıqda təxminən 5 milyon il əvvəl meydana gələn bir Supernova partlayışının dəlili olaraq izah edilir. Supernova partlayışında əmələ gələn dəmir-60 elementi 1,5 milyon il ömrü olan radioaktiv izotopdur. Yerin altındakı təbəqələrdə rast gəlinən dəmir-60 izotopu yaxın kosmosda olan elementlərin nüvə sintezi prosesindən keçərək əvvəlcə Yer atmosferinə, oradan da Yerin alt təbəqələrinə düşməsi nəticəsində meydana gəlib. 
(www.istanbul.edu.tr; Yard. Doç. Dr. Yüksel Karataş, İstanbul Universiteti, Fənn fakültəsi astronomiya və kosmos elmləri, Populer Bilim (Porular Science Magazine), no. 92, 2001, ss. 38-43, [American Scientist, vol. 88, 1]).
Bütün bunlardan da göründüyü kimi, dəmir mədənləri Yerdə əmələ gəlməmiş, supernovalardan göy daşları vasitəsilə daşınaraq eynilə ayədə bildirildiyi şəkildə “Yerə endirilmişdir”. Bu məlumatın Quranın nazil olunduğu VII əsrdə elmi şəkildə təsbit edilməsinin qeyri-mümkünlüyü isə tam aydındır. Bu həqiqət yalnız hər şeyi sonsuz biliyi ilə əhatə edən Allahın sözündə - Quranda var.
Bununla belə dəmirdən bəhs edən “Hədid” surəsinin 25-ci ayəsi iki olduqca maraqlı riyazi şifrədən ibarətdir. “Hədid” Quranın 57-ci surəsidir. “Hədid” kəlməsinin ərəbcədəki riyazi dəyəri, yəni “əbcəd” hesablanarkən qarşımıza çıxan rəqəm də eynidir: 57. “Hədid” kəlməsinin riyazi dəyəri isə 26-dır. Eyni zamanda demirin atom sayi 26-dir


REKLAM->AzFiLM Aznetin en boyuk film sayti

REKLAM-> WaP MasteR Sayti

Рейтинг@Mail.ru oWAPazTOP.azmyWAPtopi.mobi Az-Top.RuSaYGaC.AzMobtop.az Azetop.OrgBiZiMToP.RU myWAPiM.BiZtop.Eylenceli.InfoexTOP.bizSaygac.BizmyTOP.infoToP.GeZeK.BiZ azTOP.wsWaP.AzDa.BizTop reyting
IslaMDiniToP.SeVo.BiZ